Yarım milyard rubl vergidən yayınmaqda şübhəli bilinən yəhudi əsilli, Azərbaycan doğumlu iş adamı Solomon Manaşirov barəsində beynəlxalq axtarış elan edilib.
Manaşirov dəfələrlə istintaqa gəlmək tələblərinə əməl etmədiyindən federal axtarışa verilib.
Hüquq-mühafizə orqanlarındakı mənbə yaxın zamanda onun Rusiyaya ekstradasiyası ilə bağlı müraciət ediləcəyini bildirib.
İstintaq məlumatına görə, Solomon Manaşirov hazırda İsraildədir və bir daha Rusiyaya qayıtmamaq niyyətindədir.
Solomonun qardaşı Roman Manaşirov rüşvət verməkdə şübhəli bilindiyi üçün həbs edilib. O, Moskvada Rusiya Daxili İşlər Nazirliyi Baş İstintaq İdarəsinin müstəntiqlərinə 2 milyon rubl rüşvət verməyə cəhd edərkən saxlanılıb.
Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.