Brüssel terrorunda şübhəli bilinən şəxslər saxlanıldı

Brüssel terrorunda şübhəli bilinən şəxslər saxlanıldı Kameralara düşən “papağlı adam” məhz Abrinidir

Belçika polisi Brüssel hava limanında və metrosunda törədilən terror aktlarında şübhəli bilinən üç nəfəri saxlayıb.

Bu barədə məlumatı RTBF telekanalı yayıb.

“Noyabırn 13-də Parisdə törədilən terror aktlarında əsas şübhəli Məhəmməd Abrini bu gün Brüsselin Anderlext kommunasının Şosse de Mons rayonunda həbs edilib. Müxtəlif mənbələr iddia edirlər ki, Brüssel hava limanında partlayışlar zamanı kameralara düşən “papağlı adam” məhz Abrinidir.

Abrini ilə yanaşı daha iki nəfər, o cümlədən, Usama Krayem da həbs edilib. O, Brüssel metrosunda baş verən terror aktı zamanı kameralara düşüb.

Telekanal qeyd edir ki, məhz Usama Krayem Brüsseldə “Siti-2” ticarət mərkəzində partlayıcı qurğular üçün çantalar alıb.

Oxşar xəbərlər