Onun müdafiəçisi apellyasiya şikayəti verib
12 il axtarışda olan Türkiyə vətəndaşı Yılmaz Akbaba başqa adla - Mehmet Halil oğlu Sünmez Azərbaycanda həbs edilib.
Report-un məlumatına görə, ölkəsində qəsdən adam öldürmə cinayətində şübhəli bilinən Y.Akbaba (Mehmet Halil oğlu Sünmez) barəsində mart ayının 19-da Səbail Rayon Məhkəməsi iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qərardan narazı qalan Türkiyə vətəndaşının müdafiəçisi Vasif İsrafilov apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2004-cü il noyabr ayının 24-də baş verib. Türkiyənin Turgutlu-Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb, aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı məlum olub. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qisimində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb.
2015-ci ildə həmin qərar yenilənərək, Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il mart ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Y.Akbaba (Mehmet Sünmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sünmezin vəkili Vasif İsrafilov onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.