Bakıda çoxmərtəbəli evin damında ekstrim sevgi macərası yaşanıb.
Milli.az xəbər verir ki, Bakıda iki nəfərin ekstrim sevgi hissi yaşamaq istəyi onları təhlükəli addım atmağa sövq edib.
Belə ki, gənc oğlan və qız paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində, metronun “Koroğlu” stansiyasının üzərindəki yol qovşağının yaxınlığındakı binalardan birinin damına çıxaraq məhəbbətlərini bölüşməyə çalışıblar.
Doqquzmərtəbəli binanın damının lap kənarında ayaqlarını sallayaraq xeyli söhbət edən cütlük daha sonra heç nə olmamış kimi rahatca damdan aşağı eniblər.