"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Koroğlu" stansiyasında yaranmış sərnişin sıxlığına münasibət bildirib
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, adıçəkilən metro stansiyasının girişində yaranan sıxlığa səbəb stansiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır.
N.Paşayev qeyd edib ki, həftənin ilk iş günü olduğundan həmin istiqamətdə pik saatlarda sərnişinlərin sayı çox olur: "Təhlükəsizlik tədbirləri gücləndirildiyindən sərnişinlər ciddi yoxlanılır və bu da qismən sıxlığa səbəb olub".
Qurum rəsmisi deyib ki, hazırda stansiyada vəziyyət normaldır.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının girişində sıxlıq yaranıb.