Müğənni Rəqsanə İsmayılova ilə işbirliyi quran türkiyəli musiqiçi Caner Tepecikin ifaçını dələduzluqda ittiham etməsi və onu mafiya ilə hədələməsini deməsi bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edib.
Hazırladığı 4 mahnı üçün ödənilməli olan 16 min manatı ala bilmədiyini deyən musiqiçi daha sonra primtime.az saytına açıqlamasında bildirib ki, Azərbaycan dilini yaxşı mənimsəmədiyi üçün Rəqsanənin açıqlamalarını təhdid kimi qiymətləndirib və artıq problem həll ediblər.
R. ismayılova isə məsələyə sosial şəbəkdə münasibət bildirib: “Allah hər birimizə kömək olsun. Mən həyatda dostlarımı çox istəyirəm, onlara qiymət verirəm, şalışıram məndən inciməsinlər. haqqımda çıxan yazı barədə susdum, çünki haqlı susar, haqsız qışqırar, bağırar. Bu dünyadan heç kim heç nə aparan deyil. O insan bu gün səhvini başa düşdü və təkzib Verdi biz niyə millət olaraq, bir-birimizə badalaq vururuq? Şükür ki, heç kimin haqqına girməmişəm, heç zaan da girmərəm. Mən Allahdan qorxan insanam. Allah hər şeyi görür. Bu məsələdə adı hallanan müğənni Hacı Nazim illərdir tanıdığım yaxınımdır. Ola bilər ki, hövsələsizlik edib. Bizim ortaq dostlarımız, qardaşlarımız var. hər şeyi bağışlamağı bacarırıq. Bizə qalmaqal yaraşmaz, o yaşımız deyil, reklama ehtiyacımız yoxdur. Qoyun, qalmaqalı yeni sənətə gələn, tanınma istəyənlər etsin. Biz sözümüzü demiş insanlarıq”.
Müğənnilər ilə bəstəkarlar, şairlər arasında mahnı üst davalar, pul qalmaqalları, müəllif hüququnu pozmaq halları tez-tez baş verir. Bəs, iş birliyi qurulanda hansı addımlar atılmalıdır?
Musavat.com məsələ ilə bağlı hüquqşünas Ruslan Əhmədoğlu ilə əlaqə saxlayıb. O bildirib ki, işbirliyi qurulan zaman tərəflər arasında müqavilə bağlanmalıdır:
“Sənət adamları arasında yaşanan qalmaqallara tez-tez rast gəlirik. Bunun səbəi isə doğru addılar atılmamasıdır. İş işdir, dostluq dostluqdur. İşbirliyi qurulan zaman tərəflər arasında müqavilə bağlanmalı, sənədlər tərtib edilməlidir. Son günlər isə Rəqsanə xanımla türkiyəli müsiqiçinin pul qalmaqalı gündəmdədir. Düzdür, C. Tepecik dediklərini təkzib etdi və məsələnin həll olunduğunu bildirdi. Amma mən bu məsələ haqda hüquqşünas olaraq fikrimi bildirmək istəyirəm. Onların məsələsi belə idi ki, bu sifariş dost münasibəti və etibar üzərində qurulmuşdu. Ona görə ortada ancaq söz vardı, başqa hansısa sənəd yoxdu. Türkiyə vətəndaşının Rəqsanəni dələduzluqda ittiham etməsi qanun pozuntusudur. Çünki Rəqsanə xanım ictimai insandır, bu qalmaqal onun nüfuzuna xələl gətirir. Bu da Rəqsanə xanıma müəyyın qanuni addımlar atmağa icazə verirdi.
Əgər musiqiçinin əlində sənədlər yoxdursa, onun hüquq-mühafizə orqanlarına müraciət etməsi yersizdir. Əgər müqavilə, sənəd varsa, dələduzluq faktı sübuta yetirilsə, qarşı tərəfi 12 il həbs gözləyir. Bir daha qeyd etmək istəyirəm ki, sübuta yetməyən faktlara istinad edib istənilən vətəndaşı dələduzluqda ittiham eləmək ciddi qanun pozuntusudur”.