Dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-a gedəcək.
Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Ərdoğan boksun əfsanəsi Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün çərşənbə günü gecə yola çıxacaq.
Əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.
Məlumata görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər kəs üçün açıq olacaq.
Məhəmməd Əli iyunun 3-də 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində dünyasını dəyişib. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.