İtaliyanın mərkəzində Latsio və Umbrya vilayətlərinin sərhədində Terni şəhərində 6,3 maqnituda gücündə yeraltı təkan qeydə alınıb.
TASS xəbər verir ki, təbii fəlakət zamanı ən azı altı nəfər ölüb.
Şəhərin mer Akkumole Stefano Petruççi bildirib ki, “uçmuş evin dağıntıları altında ailə - valideynlər və iki uşaq qalıb”.
Xilasetmə əməliyyatına onlarla yanğınsöndürən dəstə cəlb edilib.
ABŞ Geoloji Xidmətin nümayəndələri bəyan ediblər ki, yüzlərlə insan zəlzələnin qurbanı ola bilər.
“Proqnozlarımıza görə, iqtisadi zərər böyük ola bilər", - deyən alim bu regionda tikililərin əksəriyyətinin seysmik davamlılığının yaxşı olmadığını bildirib.
“35% ehtimal ilə ölənlərin sayı 100-dən minə qədərdir. Bu, ilkin proqnozdur”, - o qeyd edib.
İtaliyanın mərkəzində zəlzələ yerli vaxtla saat 03:33-də (05:33) baş verib. 6,3 maqnituda gücündə olan təkanlar 4 km dərinliyində baş verib. Bir neçə İtaliya şəhəri zərər çəkib.