Ekvadorda 72 yaşlı kişi dağıntıların altından 2 həftə sonra sağ tapılıb

Ekvadorda 72 yaşlı kişi dağıntıların altından 2 həftə sonra sağ tapılıb Vaskesin bir neçə barmağını apmutasiya ediblər

Venesuela xilasediciləri Ekvadorda 13 gün dağıntılar altında qalan şəxsi sağ olaraq xilas ediblər.

Bu barədə Venesuelanın Kitodakı səfirliyinin rəsmi saytında məlumat verilir.

Xilasedicilər 72 yaşlı Manuel Vaskesi aprelin 29-da Xaramixo yaşayış məntəqəsində axtarış işləri apararkən tapıblar. Qeyd olunur ki, o, diqqəti cəlb tmək üçün səs siqnalı verib.

Xəstəxanaya çatdırılan Vaskesdə xroniki böyrək çatışmazlığı, həddindən artıq susuzlaşma və arıqlama qeydə alınıb. Bundan başqa o sol ayağının bir neçə apmutasiya ediblər.

Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb. Zəlzələ nəticəsində ölənlərin sayı 660-a çatıb, 48 nəfər itkin düşmüş hesab edilir, 17 mindən çox sakin xəsarət alıb. Zəlzələ nəticəsində 1500 binaya ziyan dəyib, 18 min nəfər evsiz qalıb.

Oxşar xəbərlər