Azərbaycanda zəlzələ - Binalar titrədi, insanlar təlaşda - YENİLƏNİB

Azərbaycanda zəlzələ - Binalar titrədi, insanlar təlaşda - YENİLƏNİB 09:35

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən report-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

-----------

09:21


Bu gün səhər saatlarında Gəncə şəhərində zəlzələ olub.

Report bildirir ki, təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb.

Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib.

Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Oxşar xəbərlər