"Əhalinin real gəlirləri son bir il ərzində 2,1% azalıb"
"Qaynarinfo.Az" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.
Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin gəlirləri 2016-cı ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb: "Ancaq bu dövrdə inflyasiya səviyyəsinin yüksək olması (10,5%) əhalinin gəlirlərini üstələyib. Bununla da əhalinin real gəlirləri son bir il ərzində 2,1% azalıb".
Samir Əliyevin sözlərinə görə, gəlirlərin azalması yığm səviyyəsinə də təsir göstərib. "Belə ki, 2015-ci ilin ilk yarısında gəlirlərin 14%-i yığıma yönəldilirdisə, bu ilin müvafiq dövründə bu göstərici azalaraq 9,8%-ə düşüb. Qiymətlərin bahalaşması da öz növbəsində istehlak xərclərinin payını artırıb. Gəlirlərdə son istehlak xərclərinin payı 74,2 faizdən 78.2%-ə yüksəlib".