“Yahoo” satıldı – YENİLƏNİB

“Yahoo” satıldı – YENİLƏNİB ABŞ-ın telekommunikasiya şirkəti “Verizon”, internet məzmun təminatçısı “Yahoo”nu 4,83 milyard dollara satın alıb

Fins.az xəbər verir ki, iki şirkət arasındakı razılaşmaya görə, “Yahoo”nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq.

“Verizon” “Yahoo”nu AOL ilə birləşdirəcək.

“Verizon”dan verilən açıqlamaya görə, satınalmanın 2017-ci ilin ilk rübdə başa çatdırılması gözlənilir. Müqaviləyə əsasən, Yahoo Alibaba, Yahoo Japan səhmləri və patentlər adını dəyişdirəcək “Yahoo”da qalmaqda davam edəcək.

Beləliklə, 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan “Yahoo” yaradılmasından 22 il sonra satılmış oldu.

“Yahoo” illər ərzində 5,7 milyard dollarlıq “Broadcast.com” və 3,6 milyard dollarlıq “Geocities” kimi satınalmalara da imza atmışdı.

“Yahoo” “Google”ın rəhbərliyindən transfer etdiyi Marissa Mayer ilə “Tumblr” və “MessageMe” kimi gənclərə yönəlmiş satınalmalarla “təzə qan” axtarışına getmişdi.

ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı “Verizon AOL” geniş bir xidmət spektrinə malikdir.

Bu satınalma ilə “Yahoo”nun axtarış, məzmun, mobil və reklam departamentlərinin sahibi olan “Verizon”, bununla da rəqəmsal media sahəsində mühüm bir addım atır.

25 iyul 14:53

ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı Verizon “Yahoo”nun əsas hissələri üçün 5 milyard dollar ödəyib.

Bu barədə “Reuters” xəbər verir.

“Yahoo” və “Verizon”dan isə satış ilə bağlı şərh verməyib.

Qeyd edək ki, bundan öncə isə “Bloomberg” yazırdı ki, “Yahoo”nun əsas hissələri “Verizon” tərəfindən 4,8 milyard dollara alınıb.

Oxşar xəbərlər