Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyada təyyarə qəzası: Ölənlər var Aviaqəza nəticəsində təyyarə tamamilə parçalanıb və yanıb

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.

Bu barədə “RİA Novosti”yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.

Təyyarə qəza nəticəsində tamamilə parçalandığı və yandığı qeyd olunur:

“Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.

Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.

Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və “İl – 76” təyyarəsinin qara qutularından birini aşkarlayıblar.

Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.

Oxşar xəbərlər