Afrikada təyyarə bina ilə toqquşdu – VİDEO

Afrikada təyyarə bina ilə toqquşdu – VİDEO A320-nin əyləc sistemi ilə problemləri yaranıb

Cümə axşamı Konqo Demokratik Respublikasında yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

TASS xəbər verir ki, faciə Mbuci-Mayi şəhərinin hava limanında baş verib.

Bildirilir ki, Air Service şirkətinə məxsus A320 eniş edərkən xətdən kənara çıxıb və hava limanının yaxınlığındakı binaya çırpılıb.

Bu evlərdə olan 7 nəfər həlak olub. İlkin məlumatlara görə, təyyarənin əyləc sistemi ilə problemləri yaranıb. Digər səbəb isə hadisə zamanı davam edən leysan yağışı ola bilər.


Oxşar xəbərlər