
"EgyptAir" şirkətinə məxsus A320 sərnişin təyyarəsi göyərtəsindəki 59 sərnişin və 10 ekipaj üzvü ilə birlikdə Aralıq dənizi üzərində 11270 metr hündürlükdə radarlardan itərək yoxa çıxıb.
Məlumata görə, Misir təyyarəsi Parisin Şarl-de-Qol hava limanından yerli vaxtla 23.09-da havaya qalxıb.
Qeyd edək ki, A320 təyyarəsi 2003-cü ilin istehsalıdır və onun istifadə üçün yararlı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.