“Eurovision”da növbəti erməni təxribatı

“Eurovision”da növbəti erməni təxribatı Təyyarə qondarma “DQR”i dəstəkləyən plakat açıb

Bu gün “Eurovision-2016” mahnı müsabiqəsinin finalının keçirildiyi İsveçin Stokholm şəhərində Ermənistanın nümayəndələri növbəti təxribata əl atıblar.

İsveç paytaxtının üzərindən qondarma “DQR” və Ermənistanın yarışdakı təmsilçisi İveta Mukuçyanı dəstəkləyən plakat açmış təyyarə uçub.

Təxribat xarakterli plakatı daşıyan təyyarə müsabiqənin finalının keçirildiyi “Qloben-Arena”nın üzərindən uçub.

Xatırladaq ki, müsabiqənin yarımfinalında erməni ifaçı qondarma “DQR”in bayrağını nümayiş etdirmişdi.

Oxşar xəbərlər