Daha 14 məşhurla bağlı saxlanılma qərarı - Aralarında “Uzak şehir”in Alyası da var

Daha 14 məşhurla bağlı saxlanılma qərarı - Aralarında “Uzak şehir”in Alyası da var Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində daha 14 məşhurla bağlı saxlanılma qərarı verilib.

“Bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, onların arasında Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu (Norm Ender), Enes Güler var.

Bu məşhurlardan 11 nəfər saxlanılsa da, onlardan ikisinin qaçaq vəziyyətdə, digərinin isə xaricdə olduğu müəyyən edilib.

Qaçaq və ölkə xaricində olanların Somer Sivrioğlu, Sinem Özgenç Ünsal ve Ahsen Eroğlu olduğu açıqlanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl də 9 məşhur - Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan saxlanılmışdı.

Oxşar xəbərlər