Kim Çen In siqaret çəkməkdən imtina etdi

Kim Çen In siqaret çəkməkdən imtina etdi O, milli siqaret əleyhinə kampaniyanı dəstəkləmək qərarına gəlib

Şimali Koreyanın 33 yaşlı lideri Kim Çen In siqaret çəkməkdən imtina etdi.

Bu barədə Cənubi Koreya KİV məlumat yayıb.

Daha öncə koreyalı lider siqaret aludəçisi olub və bir çox rəsmi fotolarda əlində siqaretlə görüntülənib.

Amma Cənubi Koreyadakı mənbələrin məlumatına görə, Şimali Koreya lideri martın ortalarında ballistik raket sınağını keçirdiyi vaxtdan etibarən ictimaiyyət arasında siqaretlə görüntülənməyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Şimali Koreya kişilərinin yarısından çoxu siqaret çəkir.

Oxşar xəbərlər