Merz: Ukraynanın məğlubiyyəti, Putinin növbəti müharibəyə başlaması deməkdir

Merz: Ukraynanın məğlubiyyəti, Putinin növbəti müharibəyə başlaması deməkdir Almaniya Ukraynada müharibə dayandırılmasının tərəfdarıdır, lakin “bu nəyin bahasına olur olsun, sülh əldə edilməlidir” prinsipinə qarşı çıxaraq, bu şərtlər daxilində Kiyevlə Moskva arasında sülhün əldə olunmasını istəmir.

“The Guardian” xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merz deyib.

Bunun səbəbini şərh edən Merz deyib ki, Ukraynanın təslim olması, Moskvaya növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək.

"Biz Ukraynanın təslim olmasını istəmirik. Belə bir təslim olmaq Rusiyaya yalnız vaxt qazandırar və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək", - kansler qeyd edib.

Oxşar xəbərlər