
Onun sözlərinə görə, hazırda masada Moskvanın təqdim etdiyi sülh təklifi var və Kiyev onu nəzərdən keçirir:
“Putin açıq şəkildə dedi ki, müharibəni bitirmək istəyir. Təklif masadadır və ümid edirəm ki, o, bu bəyanatına sadiq qalacaq”.
Jurnalistin “Bu, sadəcə Putinin oyunudurmu?” sualına cavab olaraq Uitkoff qeyd edib ki, Rusiya lideri səmimi şəkildə prosesə qoşulmağa cəhd göstərib:
“O, xüsusilə Alyaskadakı sammitdə bunu nümayiş etdirdi. Amma münaqişə çox mürəkkəbdir. Prezident Tramp da bu müharibəni dayandırmaq üçün əzmlidir”.
Uitkoff əlavə edib ki, Tramp həm Moskvanın, həm də Kiyevin mövqeyindən müəyyən qədər məyus olsa da, tərəfləri yaxınlaşdırmaq üçün ciddi addımlar atıb.