İctimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək

İctimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək Tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq

Yaxın iki ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək.

Bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində müddəa yer alıb.

Tütün məhsulları ilə məhdudlaşdırmalar 2016-2017-ci illərdə həyata keçiriləcək.

Sənədə əsasən, tütünə nəzarət üzrə qanunvericilik təkmilləşdiriləcək.

Bununla da ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə qadağan ediləcək;

tütün satışının stimullaşdırılması və sponsorluğu qadağan ediləcək; bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək;

2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq;

tütün istehlakı 15%-dək azaldılacaq.

Oxşar xəbərlər