Azərbaycan samboçusu ermənini məğlub edərək çempion oldu

Azərbaycan samboçusu ermənini məğlub edərək çempion oldu Qasımov finalda Sarkisyana heç bir şans verməyib

Azərbaycan samboçusu Amil Qasımov Rusiyanın Kazan şəhərində keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Qasımov finalda erməni əsilli Ukrayna təmsilçi Artur Sarkisyana heç bir şans verməyib.

Həlledici görüşdə 9:0 hesabı ilə qalib gələn idmançımız karyerasında 2-ci dəfə Avropa çempionu adına layiq görülüb.

Digər Azərbaycan təmsilçisi Emil Həsənov (68 kq çəkidə) bürünc medala yiyələnib.

Oxşar xəbərlər