İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi Azərbaycan prezidenti məzarın önünə əklil qoyub, ehtiramını bildirib

Dekabrın 12-də Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Ziyarət mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Oxşar xəbərlər