Nazir “Azdrama”ya yeni direktor təyin etdi

Nazir “Azdrama”ya yeni direktor təyin etdi Yeni təyin olunan şəxslər bu gün teatrın kollektivinə təqdim edilib

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub.

qanuninfo.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub. İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.

Oxşar xəbərlər