Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...

Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün... Mingəçevirin müasir bir şəhər kimi formalaşmasında, regionda enerji nəhənginə çevrilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətləri olmuşdur

Azərbaycanın sosial-iqtisadi həyatında, elektrik enerjisi ilə təchizatda oynadığı əvəzedilməz rola görədir ki, bütün zamanlarda olduğu kimi, bu gün də Mingəçevirin dövlətin diqqət mərkəzində xüsusi yeri var. Bu gün Mingəçevir sözün həqiqi mənasında, özünün yeni inkişaf dövrünü yaşayır. Dövlət başçısının bu bölgəyə vaxtaşırı səfərləri şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyur, şəhər sakinlərinin yaddaşına unudulmaz əlamətdar hadisə kimi həkk olur.

Azərbaycanın böyük şəhərlərindən biri olan Mingəçevir şəhəri öz qədimliyi və müasirliyi ilə vəhdət təşgil edən, güclü saneyesi ilə secilən, ölkəni ən böyük elektrik enerjisilə təmin edən, beynalxalq idman yarışlarını qəbul edən füsünkar gözəl şəhərdi. Bu şəhərə Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Niyazi Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinə başçılıq edir.

Mingəçevir – Energetiklər şəhəri nə qədər gənc olsa da, ölkənin mühüm yaşayış məntəqələrindən birinə çevrilib. Bu şəhər günü-gündən yenilənir.
Mingəçevir şəhərində dövlətin qayğısı nəticəsində aparılan abadlıq və quruculuq işlərinin dinamik inkişafı bu gün də davam edir. Əminliklə demək olar ki, respublikamızın dördüncü iri sənaye mərkəzi olan Mingəçevir inkişafın yeni mərhələsindədir. Şəhərdə tikinti quruculuq işlərində bir canlanma müşahidə edilir.

Bu gün icra başçısı Niyazi Bayramovun, böyük əməyi nəticəsində Mingəçevir şəhəri gündən-günə gözəlləşir, abadlaşır.
Mingəçevir öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu Mingəçevirə yolu düşən hər kəsi heyran qoyur. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün şəhəri ilə bağlı qürur hissi oyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Mingəçevirin, onun zahiri gözəlliyinə, siyasi, iqtisadı, mədəni inkişafına diqqəti böyükdür.

Mingəçeviri görən insanların hamısı etiraf edir ki, üç-dörd il əvvəl Mingəçevirdə xarici qonaq növbəti dəfə bu şəhərə gələndə onu tanıya bilmədiyini, şəhər çox sürətlə inkişaf etdiyini söyləyir.

Bu, doğrudan da belədir. Şəhər günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Şəhər bütün küçələrinə asvalt yol çəkilir, bu sahədə nəhəng işlər görülür. Şəhər məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də uğurla davam etdirilir.
Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...
Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...
Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...
Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...
Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...
Mingəçevir: Nur şəhəri dəyişir, özü də hər gün...

Oxşar xəbərlər