
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad edilib.
qanuninfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bildirib.
Nazir bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovu təyin edib.