2020-ci il Vətən müharibəsində başda Ali Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı

2020-ci il Vətən müharibəsində başda Ali Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri Xocalı Soyqırımı yaşandı. Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini hücum etdi. Həmin gecə dinc əhaliyə qəddarlıqla divan tutdular.
Bu soyqırımın eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli məclis “Xocalı Soyqırımı günü” haqqında qərar qəbul etdi.
Ermənilərin Xocalıya hücumunda əsas məqsədlərindən biri, bəlkə də ən başlıcası Xocalı airaportunu ələ keçirmək idi. O, zaman Xocalı airaportunun rəisi Əlif Hacıyev və onun kiçik qəhrəman dəstəsi son damla qanlarına qədər vuruşdular. Airaportun strateji əhəmiyyətini dərk edən Əlif Hacıyev qumbara ilə özü qarışıq oranı partlatdı. Xocalı soyqırımı haqqında Heydər Əliyev və prezidentimiz İlham Əliyev KİV vasitələri ilə bütün dünyaya müraciət etmişdirlər. Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası vasitəsilə dünyanın bir sıra aparıcı ölkələrindən seminarlar, konfarnslar təşkil etmiş və etməkdədir. Bu gün dünyanın bir sıra ölkələri Pakistan, Kolombiya, Çexiya, Meksika və Panama, Sudan, İordaniya, Bosniya, Əfqanıstan və bir sıra ölkələr Xocalı soyqırımınl qəbul etmişdirlər.
2020-ci il Vətən müharibəsində başda Ali Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. “ Dəmir Yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali bş komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı!.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
tarix müəllimi və tərbiyə işləri üzrə direktor müavini Cavanşir Əliyev

Oxşar xəbərlər