Avropa Trampdan qorxur

Avropa Trampdan qorxur ABŞ prezidenti Donald Trampın hərəkətləri Avropa Birliyində bir növ qorxu yaradır.

"Politico" xəbər verir ki, bu barədə avropalı bir diplomat nəşrə deyib.

Mənbə nəşrə bildirib ki, "Bu, AB-də bir növ qorxu yaradır. Söhbət təkcə təsəvvürlərimizi genişləndirməkdən getmir, həm də bunun fərqli bir dövr olduğunu və ənənəvi metodların - qaydalar, qanunlar həmişə tətbiq olunmadığını anlamaqdan gedir. Artıq hər şey müzakirə edilə bilər".

Avropalı diplomatlar həmçinin qeyd ediblər ki, Qrenlandiya böhranı yeni bir reallıq yaradıb, çünki hətta müttəfiqlərin də "Trampın hiylələrindən" sığortalanmadığı aydın olub.

Oxşar xəbərlər