Sözü ilə imzası bir olan Ali Baş Komandanımız

Sözü ilə imzası bir olan Ali Baş Komandanımız Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin layiqli davamçısı Cənab Prezident İlham Əliyev öz həyat və fəaliyyət tarixi ilə bu günki gənclərə örnək olacaq şəxsiyyətlərdəndir. O, təkcə təhsili ilə deyil, geniş dünya görüşü, ictimai-siyasi mövqeyi, səriştəsi ilə nəinki Azərbaycan xalqının, eyni zamanda dünya ictimaiyyətinin böyük rəğbətini qazanmışdır. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş cənab İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.
Uzaqgörənliyi və yürütdüyü məqsədyönlü siyasət nəticəsində beynəlxalq münasibətləri nəzəri və emprik çəhətdən düzgün analiz edən siyasətçi antiazərbaycanı qüvvələrin bütün ölkəmizdə yaratmaq istədikləri xaosu müvəffəqiyyətlə dağıtmağa nail oldu. Gələcəyə hesablanmış siyasəti nəticəsində iqtisadiyyatımızı gücləndirəcək sahələrə investisiyalar cəlb etdi. Gənclərin ölkə siyasətində və iqtisadiyyatında rolunu artırmanın başlıca rolunun təhsil olduğunu nəzərə alan lider təhsili ön plana çəkmiş, xaricdə geniş təhsil proqramları təşkil olunmuş təhsil sahəsində dövlət proqramlari tərtib olunmuşdur. Təhsil sahəsində geniş miqyaslı fərmanlar və sərəncamlar imzalanmışdır. Prezidentin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsas göstəricisidir.
Yerləşdiyimiz coğrafi mövqe, malik olduğumuz təbii sərvətlər, beynəlxalq ticarət yollarinin üzərində yerləşməmiz və s. həmişə yaddellilərin gözlərini üzərimizə cəmlənməsinə səbəb olmuşdur. Dəmir yumruq ətrafinda birləşən xalqımız 44 gün ərzində öz azadlığına qovuşdu. Erməni vandallarının viran qoyduğu əzəli torpaqlarımızda Cənab Prezident tərəfindən dərhal yenidənqurma tədbirləri və bərpa quruculuq işlərinə start verildi. Yeni məktəblər, bağçalar, təlim-tərbiyə ocaqları və möhtəşəm “Qarabağ Univeristeti” tikilib istifadəyə verildi. 2024-2025-ci tədris ilində 1000-dən çox tələbə universitetdə təhsilə cəlb edilmişdir.
Prezident İlham Əliyevin Azərbaycan xalqının inkişafı naminə apardığı siyasət, gördüyü genişmiqyaslı tədbirlər saymaqla bitmir. Bütün sahələrdə bu siyasətin parlaq lövhələri canlanmaqdadır. Azərbaycan xalqının hər bir vətəndaşı bu uğurlara şahiddir. Xalqını sevən hər bir azərbaycanlı cənab prezident İlham Əliyev siyasətini dəstəkləyir. Xalqımızın böyük oğlunun atdığı hər addımda Azərbaycan sevgisi, millət təssübü, vətən məhəbbəti duyulmaqdadır.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru

Oxşar xəbərlər