Müstəqil Azərbaycanımız 20 ildir ki, uğurla inkişaf edir

Müstəqil Azərbaycanımız 20 ildir ki, uğurla inkişaf edir Azərbaycan xalqının dahi oğlu Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamçısı olan prezident İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın istəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Müstəqil Azərbaycanımız 20 ildir ki, uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan quruculuğunun və inkişafının şərəfli mərhələsini yaşayır.
Bu dövr xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması mövzusunda ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir.
Dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.
Bu gün Azərbaycan siyasətində proseslər elə bir dinamik və açıq müstəvidə cərəyan edir ki, insanların seçim və müqayisə etmək üçün kifayət qədər şansları vardır.
Heç bir cəmiyyət öz-özünə qurulmayıb. Hər bir cəmiyyəti təşkil edən xüsusi dinamik güclər var. Bu cəmiyyəti formalaşdıran isə güclü liderdir. Ulu Öndərimiz Heydər Əliyev siyasəti və azərbaycançılıq ideologiyası bu gün hər bir azərbaycanlının fəxr edəcəyi, qürur duyacağı, ən əsası isə güvənib etibar edəcəyi bir ideologiya kimi yaşamaqdadır.
Ulu Öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir.
Dövlətimizin başçısı neft sektoru ilə yanaşı, qeyri- neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını da əsas vəzifə kimi qarşıya qoymuşdur.
Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada qabaqcıl mövqeyə yüksəlməsinə səbəb olub.
İstər iqtisadi – sosial sahədə, istərsə də digər istiqamətlərdə qarşıda duran bütün vəzifələr öz həllini tapmışdır.
Prezidentimizin siyasətinin mərkəzində insan amili dayanır. İnsanların yaxşı yaşaması və ölkəmizin gündən-günə çiçəklənməsi naminə gördüyü misilsiz işlər göz önündədir. O, hər zaman xalqımızın dəstəyinə arxalanaraq, həm daxili, həm də xarici siyasətində milli maraqlarımızdan çıxış etmişdir.
Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət bütün region üçün bir nümunə, model sayıla bilər.
Azərbaycan müstəqil, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təçkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib.
Ölkə başçısı İlham Əliyevin ordu quruculuğu, onun maddi – texniki bazasını möhkəmləndirilməsi və ordunu müasir silahlarla təchiz etməsi artıq öz bəhrəsini vermişdir.
Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar, hərbi – vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Hələ neçə illər bundan qabaq ən nüfuzlu hərbi ekspertlər Azərbaycan ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü əlli ordusundan biri hesab etmişdilər.
Ölkə Prezidenti Qarabağ – Vətən müharibəsinə inkişaf etmiş Azərbaycan ordusu və vətənpərvər Azərbaycan əsgəri ilə başlamışdır.
Təməli böyük uzaqgörən Ulu Öndər tərəfindən qoyulmuş “ Bir millət – iki dövlət “ düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan – Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir.
Vətən müharibəsində Ali Baş Komandan, cənab İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı olmuşdur.
Cənab İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları Vətən müharibəsində xalqımıza böyük uğur qazandırmışdır. 44 günlük Vətən Müharibəsi dövrünün ən təsirli, unudulmaz tarixi hadisələrindən biridir.
Dünya ölkələri Vətən müharibəsi dövründə Cənab İlham Əliyevin timsalında yüksək hazırlığa, qeyri – adi bacarıqlara və geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşmışdır. Ölkə prezidenti mənsub olduğu xalqı, rəhbərlik etdiyi ölkəni böyük xalqların, dövlətlərin cərgəsinə yüksəltməyi bacarmışdır.
Cənab Prezident Vətən müharibəsində qazandığı böyük Zəfərlə Azərbaycan tarixinə müasir dövrün Müzəffər Dövlət başçısı kimi daxil olmuşdur.
8 Noyabr “Zəfər Günü” Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandanın, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir.
Xalqının inam və sevgisinə arxalanan Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan ən uca zirvələri fəth edir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ülviyyə Xudaverdiyeva

Oxşar xəbərlər