Azərbaycan prezidentinin siyasi portreti siyasi arenada çox məşhurdur

Azərbaycan prezidentinin siyasi portreti siyasi arenada çox məşhurdur

1961- ci il dekabr ayının 24- də anadan olan İlham Heydər oğlu Əliyev təhsilini bitirdikdən sonra bir müddət təhsil sahəsində çalışmış, daha sonra bir sıra önəmli dövlət vəzifələrində öz işini davam etdirmiş, 2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan, onun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən etibarən öz vəzifəsini layiqincə yerinə yetirir. Azərbaycan prezidentinin siyasi portreti siyasi arenada çox məşhurdur.
Bütün sahələrdə inkişafın təmin edilməsi Azərbaycanı hərtərəfli inkişafa yönəldib. Həmçinin dərin biliyinə, geniş dünyagörüşünə, siyasi biliyinə görə bütün dünyanın diqqət mərkəzində olan Prezidentimiz bütün beynəlxalq görüşlərdə, mühüm əhəmiyyətli danışıqlarda Azərbaycanın hüquq və mənafeyini uğurla müdafiə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox ölkələrin və beynəlxalq təşkilatların mükafatlarına, fəxri adlarına layiq görülmüşdür. Bu Prezident İlham Əliyevin dünyada necə böyük nüfuz və hörmət sahibi olduğunun göstəricisidir.
Məhz Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti, geniş və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq 30 il işğal altında qalan torpaqlarımız qüdrətli Azərbaycan ordusu tərəfindən azad edildi. “Dəmir yumruq” adı altında həyata keçirilən hərbi əməliyyat Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Bu qələbə Ali Baş Komandanımızın, müzəffər ordumuzun və xalqımızın birlikdə, çiyin-çiyinə qazandığı qələbə idi.
Prezident İlham Əliyevim həyata keçirdiyi geniş və hərtərəfli davamlı islahatlar və paralel şəkildə inkişaf etdirilən müxtəlifistiqamətli xarici siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazın böyük güc mərkəzinə çevrilib.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə




Oxşar xəbərlər