ABŞ Dövlət Katibinin Avropa məsələləri üzrə sabiq müavini, diplomat Uess Mitçel Qərbin Vladimir Putini uzun illər boyunca yanlış analiz etdiyini bildirib.Onun sözlərinə görə, son 25 ildə Qərb liderləri nə Rusiyanın rəhbərinin bəyanatlarını, nə də siyasi strategiyasını ciddi qəbul edib.
Mitçel vurğulayır ki, Putin həm Münhen, həm də Buxarest sammitlərində səsləndirdiyi mesajları ardıcıl şəkildə reallaşdırıb və bununla Qərb hegemonluğuna açıq şəkildə meydan oxuyub. Diplomatın fikrincə, Moskvanın addımlarını düzgün qiymətləndirməyən Qərb hər dəfə situasiyaya gec reaksiya verib.
Mitçel hesab edir ki, məhz Qərbin strateji səhvləri nəticəsində Putin 25 il boyunca siyasi arenada üstünlüyünü qoruyub və demək olar ki, bütün böhranlarda ilk təşəbbüsü ələ alan tərəf Kreml olub.(Musavat.com)