Məşhur türkiyəli jurnalist Fatih Altaylının məhkəməsi başa çatıb.“Son iclasda qəbul edilmiş hökmə əsasən, Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verilib.
Jurnalist Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə təqsirli bilinib.
Qeyd edək ki, F. Altaylı təqsirli bilindiyi cinayətə görə beş aydır həbsdədir.