Ərdoğan Putindən bunu xahiş edəcək

Ərdoğan Putindən bunu xahiş edəcək Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olacaq.

“Reuters” xəbər verir ki, telefon danışığı zamanı ikitrəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi və digər regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Türkiyə prezidentinin sözlərinə görə, telefon danışığında məqsəd Ukraynada sülh səyləri olub.

Ərdoğan qeyd edib ki, o, həmçinin Putindən taxılın Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasına dair müqaviləni yeniləməyi xahiş edəcək.

Oxşar xəbərlər