Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başlayıb.Bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Ukrayna dövlət başçısı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, həmçinin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasını müzakirə edəcək.
Görüşlərdə Ukrayna ilə bağlı gündəmdəki mövzularla yanaşı, Rusiya-Ukrayna müharibəsinə dair aktual məsələlər, İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və daimi həll yoluna yönəlik səylərin müzakirə edilməsi də nəzərdə tutulur.