Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib Türkiyə sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Zəlzələnin yerli vaxtla 05:45-də Aralıq dənizində, Muğla vilayətinin Ortaca mahalı sahillərində baş verdiyi bildirilib.

Məlumata görə, zəlzələ ocağı yerin 34,46 km dərinliyindədir.

Yeraltı təkanların Ortaca bölgəsindən 20 kilometr aralıda baş verdiyi qeyd edilib.

Zəlzələ ətraf ərazilərdə də hiss olunub.

Oxşar xəbərlər