
Xarici KİV xəbər verir ki, “Amazon Web Services”də (AWS) kütləvi fasilə bu səhər geniş çaplı internet kəsilməsinə səbəb olub.
Nəticədə “Snapchat”, “Roblox”, “Fortnite”, “Duolingo”, "Canva" və “Ring” daxil olmaqla onlarla məşhur proqram, oyun və vebsayt sıradan çıxarıb.
İstifadəçilər Böyük Britaniya vaxtı ilə təxminən səhər saat 8-də problemlər yaşandığını bildiriblər.
Problemin qlobal internet üçün kritik mərkəz olan Şimali Virciniyada “Amazon”un nəhəng məlumat mərkəzi obyektlərindəki nasazlıqdan qaynaqlanır.