Övladınız zənglərinizə cavab vermisə, bu proqramı yükləyin!

Övladınız zənglərinizə cavab vermisə, bu proqramı yükləyin! Oğlu telefon mesajlarına və zənglərinə cavab verməyən ata xüsusi proqram hazırlayıb.

İngiltərədə 13 yaşlı oğlu tərəfindən yazdığı mesajlara cavab ala bilməyən ata xüsusi proqram tərtib edib.

"ReplyAsap" (Tez cavab ver) adlı tətbiq mesaja cavab verilənə qədər telefondakı bütün səs tonlarını və saat zəngini eyni anda, həmçinin ən yüksək səs səviyyəsində çalmağa səbəb olur.

Mesaja cavab verənə qədər də telefon çalmağa davam edir.

Bunun ardından telefondakı bütün proqramlar kilidə düşür və telefondan istifadə imkansızlaşır.

Ata Nick Herbert oğlunun davamlı olaraq telefonunu səssizə qoyaraq oyun oynadığını və mesajlara cavab vermədiyini, bunun onu dəli etdiyini söyləyir.

Tətbiq hələ ki, yalnız Android platformalı telefonlarda istifadə olunacaq. Proqramın yaradıcısı Nick herbertin oğlunun telefonu isə İphone markasına məxsusdur.

"Google Play"in internet səhifəsində qiymətləndirməyə əsasən pullu olan proqram 5 üstündən 2,5 ilə qiymətləndirilib.

Oxşar xəbərlər