Müdafiə naziri: Avropa müharibə rejiminə keçməlidir

Müdafiə naziri: Avropa müharibə rejiminə keçməlidir Avropa ölkələri qitədə sülhü təmin etmək üçün müharibə rejiminə keçməlidir.

Bunu İsveçin müdafiə naziri Pol Yonsson RND-yə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, mentalitetimizi dəyişmək, həm mənəvi, həm də hərbi baxımdan mümkün çağırışlara hazır olmaq vaxtı çatıb.

“Biz sülhü qətiyyətlə müdafiə etmək və qorumaq üçün müharibə rejiminə keçməliyik. Rusiya daim Avropanın Birliyini və qətiyyətini sınayır. Ona görə də biz qarşı çıxmalı və cavab verməliyik. Düşmənin hərbi gəmisi və ya döyüş təyyarəsi hava məkanımıza və ya sularımıza daxil olarsa, onu dəf etmək məcburiyyətində qalacağıq və şərait tələb edərsə, onu vurmağa məcbur olacağıq", - nazir vurğulayıb.

Oxşar xəbərlər