
Orban bu barədə "X" sosial media hesabındakı paylaşımında bildirib.
O bildirib ki, Avropa dəyişir:
"Prezident Karol Navrocki Polşada miqrasiya paktını tətbiq etməyi rədd edir. Biz də bunu qəbul etmirik. İndi ikimizik. Əgər üçüncü ölkə də qoşularsa, bu artıq üsyan olacaq".
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) miqrasiya paktına əsasən, əgər hansısa bir ölkə miqrantları qəbul etmək istəmirsə, onların hər biri üçün 20 min avro ödəməlidir.