Milli qurtuluşa gedən yolun başlanğıcı

Milli qurtuluşa gedən yolun başlanğıcı
Azərbaycan xalqının tarixi zəngin mübarizə ənənələri və azadlıq arzuları ilə doludur. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Azərbaycan da müstəqillik qazandı. Lakin müstəqilliyin ilk illəri xalqımız üçün həm çətin, həm də taleyüklü bir dövr oldu.
1991-ci ildə müstəqillik bərpa olunsa da, ölkədə siyasi idarəetmədə təcrübəsizlik, daxili çəkişmələr və xarici təzyiqlər dövlətçiliyi təhlükə altına saldı. Qarabağda Ermənistanın hərbi təcavüzü, iqtisadi çətinliklər, separatizm meyilləri Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu.
Xalq çıxış yolunu ümummilli lider Heydər Əliyevin siyasətində gördü. 1993-cü ilin iyun hadisələri zamanı Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Bu vaxt xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və hakimiyyətə qayıtdı. Bu dönüş nöqtəsi Azərbaycanın dövlətçiliyini qorudu, sabitliyin və inkişafın əsasını qoydu.
Milli qurtuluşun başlanğıcı məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. O, güclü dövlət idarəçiliyi, siyasi sabitlik və strateji inkişaf xətti ilə Azərbaycanı böhranlardan çıxardı.
Bu gün biz qürurla deyə bilərik ki, milli qurtuluş yolu müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsinə, xalqın rifahına və güclü, müasir bir ölkənin formalaşmasına yol açdı.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi” publik hüquqi şəxsi ibtidai sinif müəllimi Leyla Nəcəfli


Oxşar xəbərlər