ABŞ prezidenti Donald Trampın baş müşavirləri İsrailin ABŞ-dan əvvəl İrana hücum etməsinə üstünlük verirlər.Məlumatı Politico məlumatlı mənbələrə istinadən yayıb:
"Administrasiya daxilində və ətrafında belə bir fikir var ki, israillilər əvvəlcə təkbaşına hərəkətə keçsələr və iranlılar cavab zərbəsi endirsələr və bizə tədbir görmək üçün daha çox əsas versə, daha yaxşı olar".
Tramp administrasiyası rəsmilərinin fikrincə, İsrailin hücumu İranı qisas almağa məcbur edəcək ki, bu da Amerika ictimaiyyəti arasında hərbi hücum üçün dəstək qazanmağa kömək edəcək.
Eyni zamanda, həmsöhbətlərin fikrincə, ABŞ-ın İranla danışıqları ciddi olsa da, Trampa ən yaxın olanlar "biz onları bombalayacağıq" deyə düşünürlər.