Qədir bilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır

Qədir bilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır
Milli Qurtuluş Günü hər il 15 iyun tarixində qeyd olunur və bu gün Azərbaycan xalqının parçalanmaqdan xilas olub birliyə,sabitliyə və güclü dövlətçiliyə doğru addım atdığı gündür.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası,təəssüf ki,ilk illərdə daxili çaxnaşmalar,siyasi böhranlar, Qarabağda müharibə və iqtisadi tənəzzül içində idi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət,əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalalardan xilas edə biləcək,xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Belə bir anda xalq,Ulu Öndər Heydər Əliyev kimi təcrübəli,uzaq görən və güclü bir liderə üz tutdu.1993-cü ilin iyun ayında xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçildi.Ulu Öndər Heydər Əliyevin yenidən Respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi,ölkənin parçalanması təhlükəsindən,dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzun müddətli inkişaf yoluna çıxardı.Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı.Ulu Öndər Həydər Əliyev Azərbaycanı qüdrətli,nüfuzlu,demokratik dövlət kimi görmək istəyirdi,onun hər addımı və hərəkətləri məhz buna yönəlmişdi.Odur ki,Milli Qurtuluş Günü Azərbaycan Dövlətçiliyinin xilas günüdür.Qurtuluş Günü Azərbaycanı xaosdan,monarxiyadan,hərc-mərclikdən,özbaşnalıqdan,parçalanma təhlükəsindən qurtulduğu sabitliyə,əmin-amanlığa,demokratiyaya qovuşduğu gündür.Bu tarix həm də Azərbaycanın bu gününü,sabahını müəyyənləşdirdi.
Milli Məclisin 1993-cü il iyunun 15də keçirilən iclasındaki çıxışında Ulu Öndər Azərbaycan Dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonraki illərdə onu həyata keçirdi.
Xalqımız artıq 5 ildir ki,bu günü qalib xalq kimi milli qürur hissi,qələbə ovqatı ilə qeyd edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ulu Öndər Heydər Əliyevin olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsi parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi,ölkəmizin ərazi bütövlüyü təmin olundu.Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını Milli Qurtuluş Günündən götürür.Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.
Qədir bilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır.Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarışısında ən böyük xidmətlərindən biri sonraki dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir.
Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursuna əsaslanaraq Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik siyasətini,daxili sabitliyi, idarəçilikdə davamlılığı qoruyub saxlayır.
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikaslnın Dövlətçilik ənənələrini və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq milli birliyi və dövlət sabitliyini uğurla qoruyub saxlayır. Bu siyasət Azərbaycanın müstəqil inkişaf yolunu davamlılığını təmin edir və ölkəmizin qarşıdaki illərdə də sabit,güclü və rifahli bir dövlət kimi möhkəmlənməsinə zəmin yaradır. Milli birlik və sabitlik Azərbaycanın uğurlu gələcəyinin ən etibarlı təminatçısı olaraq qalır.
15 iyun-Milli Qurtuluş Günü: Ölkəmizin əbədi qurtuluş və tərəqqi yolunun rəmzi!

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Bəhruzə Əliyeva


Oxşar xəbərlər