
"Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda keçirilən Krım platformasının sammitində deyib.
Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır:
“Biz bunu xalqımızın həyatını qorumaq üçün etməliyik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir. Rusiya hərbi maşını isə çox ciddi sınaqlarla üz-üzədir”.
Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.