Almaniya kansleri: Ukrayna məğlub olarsa, növbə bizə çatacaq

Almaniya kansleri: Ukrayna məğlub olarsa, növbə bizə çatacaq “Müharibələr tərəflərdən birinin hərbi məğlubiyyəti, yaxud da iqtisadi və ya hərbi tükənmə nəticəsində başa çatır. Lakin müşahidələr onu göstərir ki, nə Moskva, nə də Kiyev müharibəni bitirməyə yaxındır”.

Bunu Almaniya kansleri Fridrix Merz ZDF-yə müsahibəsində deyib.

Merz vurğulayıb ki, hazırkı diplomatik səylər müharibəni dayandırmağa yönəlib, lakin bu səylər Ukraynanın təslim olması bahasına deyil.

“Ukrayna müstəqilliyini itirsə, sırada başqa ölkə olacaq. Ondan sonra isə növbə bizə çatacaq. Bu, seçim deyil", - Mürz qeyd edib.

Alman kansler əlavə edib ki, hazırda müttəfiqləri Kiyevin təhlükəsizliyini və ölkənin uzun müddətə müdafiəsini təmin etmək üçün Ukraynaya dəstək vermək niyyətindədir.

2026-cı ildə atəşkəsin əldə olunacağına ümid edirsinizmi sualına kansler belə cavab verib: “Mən buna nail olacağımıza ümidimi itirməmişəm, lakin mənim də heç bir illüziyam yoxdur”.

Oxşar xəbərlər