
ABŞ-a gələn Rusiya nümayəndə heyətini onlarla aksiyaçı qarşılayıb. Onlar əllərində Ukrayna bayraqları və “Ukraine and Alaska – Russian never again!” (Ukrayna və Alyaska – rus işğalına bir daha yox!) şüarı yazılmış plakatlar qaldırıblar. Etirazçılar həmçinin “Stand with Ukraine” (“Ukraynanın yanındayıq”), “No West for Russia” (“Rusiyaya Qərb yoxdur”) kimi çağırışlar da ediblər.
Aksiyanın məqsədi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə etiraz və Alyaskada keçirilən sammit zamanı dünya ictimaiyyətinə mesaj vermək olub. Etirazçılar Putinin təcavüzkar siyasətinə son qoyulmasını, həmçinin Ukraynada davam edən işğalın dayandırılmasını tələb ediblər.
Xatırladaq ki, Alyaska sammiti dünya siyasəti üçün tarixi hadisə sayılır. Görüşün əsas mövzusu Ukraynada müharibənin dayandırılması və yeni sülh sazişinin əldə edilməsi olacaq.