
Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Aro Avropa rəhbərlərinin Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəstək məqsədilə iştirak etdiklərini bildirib.
Onun sözlərinə görə, Avropa liderləri Donald Trampın Zelenskini güzəştlərə məcbur edəcəyindən ehtiyat ediblər:
“Avropalılar Zelenskini müdafiə etmək üçün Vaşinqtona qaçdılar, qorxurdular ki, Tramp onu güzəştlərə məcbur edəcək. Amma onların davranışı utancverici idi. Oval kabinetdə itaətlə oturan Avropa rəhbərləri əslində özlərinin asılı, hətta vassal mövqeyini nümayiş etdirdilər”.
Le Figaro yazır ki, Avropanın bu mövqeyi müstəqil siyasət yürütmək qabiliyyətinə dair suallar doğurur.