
CNN xəbər verir ki, Avropa rəsmiləri Trampla Putinlə danışmazdan əvvəl təmas qurmağa çalışır. Səbəb isə Avropanın əsas narahatlığıdır: Trampın münaqişə ilə bağlı mövqeyinin, son danışdığı şəxsin təsiri ilə formalaşa biləcəyi ehtimalı.
CNN yazır ki, həm Tramp, həm də Putin yalnız öz şəxsi nüfuzları və liderlik bacarıqları ilə Ukraynadakı müharibəyə son qoymağa qadir olduqlarına sarsılmaz şəkildə inanırlar.