
Vaşinqton Bəyannaməsi sadəcə bir diplomatik sənəd deyil. Bu Bəyannamə ABŞ-Azərbaycan münasibətlərinin qarşıdakı illər üçün mükəmməl əməkdaşlıq proqramı da sayılmalıdır. Bu sənəd həmçinin müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsidir. Açıq-aydın siyasi reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik mərhələdə Azərbaycanın milli maraqlarını qoruyaraq regionun geosiyasi xəritəsini dəyişdi.
1992-ci ildən bəri ABŞ tərəfindən Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin məhz avqustin 8-də ləğv edilməsi olduqca böyük siyasi qələbə sayılmalıdır. Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması sənədinin imzalanması Azərbaycan Prezidentinin hesabına yazılan mühüm uğurdur. Qeyd etmək lazımdır ki, həmin düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Beləliklə, həmin ədalətsiz qərarın da ləğv olunması ilə rəsmi Bakı və Vaşinqton arasında keyfiyyətcə yeni və strateji tərəfdaşlıq dövrü başlayır.
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi-Altun İbrahimov