Ərdoğanın Ukraynaya səfəri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Ərdoğanın Ukraynaya səfəri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal Ərdoğanın Kiyevə səfəri ilə bağlı açıqlama verib.

O, “Türkiyə” nəşrinin prezident Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Kiyevə səfər etməyə hazırlaşdığı barədə xəbərləri təkzib edib.

Diplomatın sözlərinə görə, nəşr məlumatı təhrif edib, yazıda onun heç bir birbaşa sitatına və ya hər hansı mənbəyə istinad edilməyib.

Celal qeyd edib ki, Ukrayna doğrudan da prezident Ərdoğanı mütəmadi olaraq Kiyevə dəvət edir və o, 4 avqust tarixində bu dəvəti şəxsən Türkiyənin ticarət nazirinə çatdırıb.

Lakin səfir vurğulayıb ki, “hazırda Türkiyə prezidentinin yaxın günlərdə Ukraynaya mümkün səfəri ilə bağlı hər hansı rəsmi məlumat yoxdur”.

Oxşar xəbərlər